Ərdoğanın kürəkəni Davudoğlunun xanımının əlini geri qaytardı

Bu gün Türkiyənin paytaxtı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayı zamanı maraqlı hadisə baş verib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərasimdə iştirak edən prezident Rəcəb Tayyip Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrak keçmiş baş nazir Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu və yeni hökumət rəhbəri Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırımla əl-ələ görüşməkdən imtina edib. Tədbirə qatılan siyasətçi xanımları nazirlərlə növbə ilə salamlaşarkən B.Albayrak ona tərəf uzadılmış ələ eyni reaksiya ilə qarşılıq verməyib və başı ilə salamlaşaraq hörmətini ifadə edib.

Qeyd edək ki, B.Albayrakdan başqa ədliyyə naziri Bəkir Bozdağ da S.Davudoğlu ilə əl-ələ görüşməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31