Elmar Məmmədyarov Qətərin xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31