Azərbaycanın BMT ilə əməkdaşlığının inkişaf perspektivləri müzakirə edildi
22 May 2016 12:54 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Makedoniya ikitərəfli münasibətləri müzakirə edilib.
Eyni zamanda qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31