Ramil Usubov Əhəd Abıyevin qardaşına vəzifə verdi
20 May 2016 18:17 SiyasətDaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Hafta.az bildirir ki, Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinə rəis təyin edilib. Xatırladaq ki, Zəfər Abıyev sabiq millət vəkili, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus, Moldova və Qazaxıstanda nümayəndəsi, DİN Cinayət-Axtarış İdarəsində şöbə rəisi işləyib. Son vəzifə təyinatına qədər Zəfər Abıyev DİN-in Qazaxıstan və Qırğızıstandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31