Azərbaycan, Gürcüstan və ABŞ alimləri Qafqazda geoloji təhlükələri öyrənir

Azərbaycan, ABŞ və Gürcustan alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir. AMEA-nın  Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, "Qafqaz regionunun aktiv geodinamikası" adlı layihə çərçivəsində təşkil olunmuş işlər ABŞ-ın Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur. İki illik layihə bu ilin sonunda başa çatır. Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31