Həmsədrlər regiona gəlirlər

"ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər". APA-nın RIA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan isə özünün " twitter" səhifəsində həmsədrlərin aprelin 9-da İrəvanda olacaqlarını yazıb. Onun sözlərinə görə, həmsədrlər Ermənistanın prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31