Fəzail Ağamalı: “Azərbaycan atəşkəs müqaviləsinə imza atarkən bunu ədəbi olaraq etməyib”
5 Aprel 2016 15:23 Siyasət"Cəbhə xəttində baş verənlər Azərbaycan ordusunun gücünü ortaya qoydu". Bunu Milli Məclisin iclasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı qeyd edib ki, ordumuz xalqa qələbə dadını verə bildi: "Bu qələbənin davamı olmalıdır. Beynəlxalq təşkilatlar Ermənistanla yanaşı Azərbaycanı da atəşkəsə əməl etməyə çağırırlar. Azərbaycan atəşkəs müqaviləsinə imza atarkən bunu ədəbi olaraq etməyib. Azərbycan ordusunun Ermənistana verdiyi cavab xalqımızı tam qane edir. Bu qələbənin sonadək çatdırmalıyıq. Son erməni əsgəri torpaqlarımızdan çıxanadək silahları yerə qoymaq olmaz. Hadisələr göstərdi ki, xalq ordu və dövlətlə bərabərdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31