Türkiyə, Azərbaycan və İran XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Məlumata görə, görüş İranın Ramsar şəhərində keçirilir. Görüş iki gün davam edəcək.

Qeyd edək ki, görüşdən əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31