Ermənilər həmişəki kimi xain mövqedədirlər

Rövşən Məmmədli: “Onlar nəyin bahasına olursa olsun Azərbaycanın tarixi torpaqlarını əbədi işğal altda saxlamaq istəyirlər”

"Bəzi ermənipərəst dövlətlər, qüvvələr də onların bu avantürasını dolayısı ilə, "münaqişəni ancaq sülh yolu ilə həll etmək lazımdır" deyərək dəstəkləyir, ermənilərə sərf edən status-kvonu saxlamağa çalışırlar"

Ermənilər həmişəki kimi yenə də mart-aprel aylarında dinc oturmadılar. Ermənistanın işğalçı ordusu aprel ayının ilk günlərində gecə qəfildən qoşunların təmas xəttində sakitliyi pozub cəbhə xətti boyunca bölgələrimizdəki dinc əhalinin yaşadığı yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından şiddətli atəşə tutdular. Sonucda dinc əhalimiz arasında ölən və ağır xəsarətlər alanlar oldu. Bunun sonucu kimi Azərbaycanın şanlı milli ordusu cavab atəşi açmaqla yanaşı hücuma keçərək ermənilərə qarşı əks həmləyə başladı və qısa müddətdə erməni hərbçilərinə güclü zərbələr vuraraq, bəzi yerlərdə düşmənin möhkəmləndirdiyi ön cəbhə xəttinin bir neçə mühüm strateji əhəmiyyətli təpə və iki kəndimizi düşmənin əlindən geri aldı. Bu zaman şəhidlərimiz də oldu. Ancaq bu itgilərimizin on qatını güclü ordumuz ermənilərə yaşatdı.

Müstəqil ekspert Rövşən Məmmədlinin sözlərinə görə, bu döyüşün öncəkilərdən əsaslı fərqi ondan ibarət oldu ki, bu həm atəşkəs dövründən bəri ən iri döyüş idi, həm də ilk dəfə biz işğal altında olan ərazilərimizin azda olsa bir hissəsini azad etdik. Rövşən Məmmədli deyib ki, bu artıq bizim üçün qələbə və gələcək böyük qələbənin başlanğıcı oldu: "Erməni ordusunun təmas xəttindəki bu təxribatı bir daha təsdiqlədi ki, vətənsiz, sərsəri, nankor və məkrli ermənilərin alçaq və vandal rəhbərləri cəbhə bölgəsində onlara sərf edən status-kvonu qoruyub saxlamaq üçün hər cür namərdliyə və alçaqlığa gedirlər. Onlar özləri təmas xəttində təxribat yaradır, cəbhəyanı bölgələrimizdə yaşayan dinc əhaliyə yatdığı yerdə atəş açır. Azərbaycan ordusu isə onlara qulaqburması olaraq cavab verəndə tez Qərb dövlətlərində yalan hay- haray salırlar ki, guya Azərbaycan ordusu atəşkəsi pozaraq ermənilərə zərbələr vurur və s. Rusiyanı Azərbaycana qarşı qoymaq üçün məkrli yalan və qızışdırıcı vədlərlə hər alçaqlığa gedirlər. Son döyüşlər bir daha göstərdi ki, ermənilər həmişəki kimi xain mövqedədirlər, onlar nəyin bahasına olursa olsun Azərbaycanın tarixi torpaqlarını əbədi işğal altda saxlamaq istəyir və bəzi ermənipərəst dövlətlər, qüvvələr də onların bu avantürasını dolayısı ilə, "münaqişəni ancaq sülh yolu ilə həll etmək lazımdır" deyərək dəstəkləyir, ermənilərə sərf edən status kvonu saxlamağa çalışırlar. Onların dinc xalqımıza qarşı törətdikləri ağır cinayətləri dolayısı ilə müdafiə edirlər". Ekspertin sözlərinə görə, bir daha aydın oldu ki, Kreml həm Qarabağ məsələsini ədalətli həll etmək istəmir, həm də Azərbaycan dövlətinin bu məsələni həll etmək üçün göstərdiyi beynəlxalq çabalara qısqanc yanaşır: "Aprelin 1-i axşamı da ermənilərə məxsus ağır silahlardan Azərbaycana atəş açılması əmrinin də Moskvadan gəldiyi artıq heç kimdə şübhə yaratmır. İndi Moskvanın ermənilərin alçaq əməllərinə doğru-dürüst qiymət verməmələri və nə qədər heyrətləndirici də olsa son hadisədə də Azərbaycanı təqsirləndirməyə çalışmaları bunu təsdiq edir. Həmçinin bir daha aydın oldu ki, Qarabağ məsələsinin həlli, bölgəyə sülh gətirməsi missiyasını ATƏT-in Mİnsk qrupu bacarmır və bunu istəməkdən belə çox uzaqdır. Bu qurumun yeganə çalışdığı, gördüyü iş cəbhədə status-kvonu qoruyub saxlamaqdır ki, bu da Ermənistanın istəyi və onlardan etdiyi xahişdir. Birmənalı aydın olan odur ki, Qarabağ məsələsinin həllini ancaq BMT-nin birbaşa nəzarəti və BMT-nin bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə əsasında həll edilməlidir. Ən əsası isə bir daha biz dünyaya nümayiş etdirdik ki, Qarabağ məsələsində Azərbaycanda heç biR fikir ayrılığı və öz tarixi torpağından imtina etmək düşüncəsi yoxdur. Bu məsələdə xalqla dövlət, xalqla ordu eyni mövqedədir və bütün Azərbaycan xalqı ordumuzun Qarabağı azad etməsi üçün gərəkən bütün addımları atmağa hazırdır, xalq hər an orduya dəstəyini verir". Rövşən Məmmədli deyir ki, artıq Vətən yolunda şəhid vermək xalqımız üçün qürurverici hala çevrilib və hər kəs vətənin marağını önə çəkmək istəyindədir: "Bütün bunlar Azərbaycanın Ermənistanın işğalçı qoşunlarını öz ərazisindən çıxarması üçün stimuldur, möhtəşəm bazadır. Azərbaycan xalqının iradəsi erməni işğalçılarının işğal altında saxladıqları ərazilərimizdən qovmağa yetərlidir və şübhəsiz bu iradə ən tez bir zamanda ortaya qoyulacaq və müharibənin təmas bölgəsindəki döyüşlərindən əsaslı mərhələsinə, torpaqlarımızın azad edilməsi mərhələsinə keçəndə öz amacına qovuşacaq. Tanrı dövlətimizin üçrəngli, aylı-ulduzlu bayrağımızın tez bir zamanda Xankəndində və Şuşada dalğalanmasına kömək olsun".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31