Akif Rəfiyev Prezidentin fəxri diplomu ilə təltif edilib
18 Mart 2016 18:59 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Akif Rəfiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Akif Bəşir oğlu Rəfiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
Qeyd edək ki, əməkdar hüquqşünas, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri A.Rəfiyev 1991-2002-ci illərdə isə Azərbaycan ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31