Niyazi Bayramov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Niyazi Bayramovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Niyazi Müzəffər oğlu Bayramov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, N.Bayramov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31