“Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, biz heç zaman sayıqlığı itirə bilmərik”

"Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, biz heç zaman sayıqlığı itirə bilmərik". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova onu da bildirib ki, ölkəmizlə bağlı ikili standartları əks etdirən qərəzli sənədlər də ermənipərəst dairələrin maraqlarına xidmət edir, onlardan qaynaqlanır: "Bu dairələrin marağındadır ki, Azərbaycan cəmiyyətində inkişafı, demokratiyanı ləkələsin, guya ölkəmizdə insan hüquqları pozulur. Bununla da, dolayısı yolla Qarabağ erməni icmasının Azərbayanın tərkibində yaşamasının mümkünsüzlüyünü sübut etməyə çalışırlar. Biz belə məkrli planlara qarşı mübarizə aparırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31