Artur Rəsizadə Milli Məclisin 15 mart iclasında Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatını təqdim edib
15 Mart 2016 12:34 SiyasətOlaylar.az xəbər verir ki, A.Rəsizadə keçən il Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun payının böyük olduğunu deyib: "Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə aztəminatlı ailələrə 197 milyon manat ünvanlı dövləy sosial yardım verilib. Qaçqın və məcbur köçkünlərin sosial problemlərinin həll edilməsi məqsədilə 430 milyon manat vəsait xərclənib. Regionların sosial iqtisadi inkişafı üzrə III dövlət proqramı çərçivəsində istehsal və sosial infrastrukturların yaradılması məqsədilə 16 milyard manat vəsait ödənilib. Regionlar üzrə 10 yarımstansiya tikilib, 430 yaşayış məntəqəsinə qaz verilib. 4 şəhərdə su təchiaztı başa çatıb. Ümumilikdə regionlar üzrə 269 sənaye müəssisəi yaradılıb". Baş nazir bildirib ki, ötən 12 il ərzində regionlar üzrə ümumilikdə 25 elektrik stansiyası tikilib: "On minlərlə km elektrik xətti çəkilib. Qazlaşdırma 80% yüksəlib. 421 yeni körpü, keçid və yol qovşağı istifadəyə verilib. 384 yaşayış məntəqəsində su təmizləyici qurğu quraşdırılıb. 225 min məcburi köçkün vəı qaçqının sosial vəziyyətinin yaxşılaşdırılması məqəsədilə 4.6 milyard manat vəsait xərclənib. Hesabat ilində 250 min sahibkara kredit verilib ki, bunun da həcmi 1.7 milyard manat təşkil edir. Sahibkarlar üzrə yoxlamalar iki il müddətinə dayandırılıb". Artur Rəsizadə onu da qeyd edib ki, hesabat ilində kənd təsərrüfatı məhsulu 6.6% artıb: "İxrac 7.2% yüksəlib. Bu faktlar deməyə əsas verir ki, Azərbaycan bu ildə iqtisadi inkişafa nail olacaq. Əhalinin sosial rifahı yüksəldiləcək".