AXCP sədrinin müşavirinə hökm oxunub
15 Mart 2016 11:55 SiyasətBu gün Nərimanov rayon Məhkəməsində AXCP">AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M. İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dünən keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP">AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31