Salyan və Yardımlının icra başçıları vəzifələrindən azad edildi

Azərbaycan Prezidenti İlham Əliyev Tahir Abuzər oğlu Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Prezident İlham Əliyev, həmçinin Sevindik Hacağa oğlu Hətəmovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Dövlət başçısının digər sərəncamı ilə Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00