ABŞ səfirliyi: "Corciya ştatının qətnaməsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətini dəyişmir"

"ABŞ qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımır". Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən Corciya ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib. Səfirlik bildirir ki, ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir: "Corciya ştatı Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə ştatın qanunverici orqanının öz fikrini bildirməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00