Deputat: “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın növbəti uğurudur”
3 Mart 2016 15:06 Siyasət"İstər "Cənub Qaz Dəhlizi" layihəsi, istərsə də Məşvətət Şurası çərçivəsində nazirlərin bugünlərdə Bakıda baş tutan növbəti toplantısı Avropa ilə Azərbaycan arasında siyasi-iqtisadi telləri möhkəmləndirən çox ciddi hadisədir. Azərbaycan bu toplantı, bütövlükdə "Cəbub Qaz Dəhlizi"nin reallaşması istiqamətində göstərdiyi qətiyyəti, iradəsi ilə bir daha özünün regionda və dünyada necə böyük önəm kəsb etdiyini, hansı nüfuz və necə mühüm söz sahibi olduğunu bir daha nümayiş etdirdi". Bunu deyən millət vəkili Eldəniz Səlimovun sözlərinə görə, bu baxımdan bir çox tanınmış ekspetlər "Cənub Qaz Dəhlizi"ni öz əhəmiyyətinə görə "Əsrin müqaviləsi"nə bərabər bir layihə hesab edirlər: "Buna heç kimin şübhəsi olmasın, bunu hətta, "21-c əsrin layihəsi" də adlandırmaq olar. Bunun üçün də bütün əsaslar mövcuddur. Cünki bu layihə yerləşdiyimiz regionla yanaşı, Avropanın da enerji xəritəsinə çox böyük təsir göstərə, onun dəyişə biləcək bir layihədir". Millət vəkilinin dediyinə görə, "Cənub Qaz Dəhlizi" ilə bağlı Bakıda təşkil olunan ikinci toplantı öz tərkibinə və səviyyəsinə görə birinci tədbirdən seçilir: "Sonuncu toplantıda ona yaxın dövlətdən olan nazirlərin, o cümlədən, Avropa İttifaqının xarici siyasət komissarının iştirakı tədbirin, bütövlükdə "Cənub Qaz Dəhlizi"nin tərəflər üçün daşıdığı əhəmiyyətin göstəricisidir. Toplantının sonunda mzalanmış Bəyannamə isə bir daha təsdiq edir ki, "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri üzrə hasil ediləcək Azərbaycan qazının Avropaya nəqli məsələsinin tezliklə reallaşması iştirakçı ölkələrin prioritet məsələsidir. Bir sözlə, Azərbaycan bu günə kimi təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri necə uğurla həyata keçiribsə, "Cənub Qaz Dəhlizi" layihəsinin də eynilə o cür uğurla həyata keçirilməsində qətiyyətini göstərəcək. Azərbaycan "Əsrin müqaviləsi" ilə yanaşı, yeni əsrin müaviləsi, layihəsi sayılan "Cənub Qaz Dəhlizi" ilə də bir daha regionda və dünyada öz çəkisini, nüfuzunu artırmış olacaq".