“Atdığımız hər bir addım nəticə ermənilərin ağıllanmasına hesablanıb”
Rasim Musabəyov: “Ona görə də biz hər bir təzyiq vasitəsindən istifadə edirik”
15 Fevral 2016 13:44 Siyasət"Kimlərsə düşünürsə ki, AŞPA və ya hansısa beynəlxalq təşkilatda sehrli bir qərar qəbul olunmaqla ermənilər Azərbaycan torpaqlarını boşaldacaqlar, bu sadəlövhlük olar"
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ortaya qoyduqları ermənipərəst mövqe Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Artıq Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti ölkəmizin həmsədrlərdən imtina etməsini, yaxud həmsədr dövlətlərin digərləri ilə əvəz olunmasını tələb edir. Bu arada Almaniyanın ATƏT-ə sədrlik postunu tutması belə bir ümid yaradıb ki, Azərbaycan Almaniya vasitəsilə həmsədrlərin dəyişdirilməsinə nail ola bilər. Bəs görəsən bu mümkündürmü və Almaniya ATƏT-ə sədrlik müddətində həmsədrlərin dəyişdirilməsi təşəbbüsünə dəstək nümayiş etdirərmi?
Millət vəkili Rasim Musabəyov deyir ki. Almaniyanın ATƏT-ə sədrlik etməsinə müəyyən ümidlər var. Onun sözlərinə görə, bu ölkə ilə Azərbaycan arasında mövcud olan normal münasibətlər və aparılan müvafiq işlər müəyyən mənada nəticə əldə edilməsinə yol aça bilər: "Ən azından müvafiq iş aparılmalıdır ki, Minsk qrupunum tərkibi, fəaliyyəti təhlil edilib müvafiq addımlar atılsın. Hər halda bunun üçün iş aparmaq lazımdır. ki, Almaniya bu istiqamətdə çalışsın. Çünki Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı həmsədrlər tərəfindən Azərbaycanın təqdim etdiyi qətnamələrə yaramaz müdaxilənin şahidi olduq". Rasim Musabəyov bütün halda AŞPA-da Azərbaycan tərəfinin təqdim etdiyi qətnamələrdən birinin qəbul olunmasını uğur hesab edib: "Hər halda bundan sonra da mübarizəmiz davam etməlidir. Ümumilikdə götürəndə Azərbaycan nümayəndə heyətinin AŞPA-ya təqdim etdiyi layihələrdən birinin təşkilatda qəbul edilməsi öz-özlüyündə ermənilərə təzyiqdir. Bu təzyiqi biz BMT, ATƏT Parlament Assambleyası, NATO PA-da da edirik. Ümumiyyətlə çalışırıq ki, hər bir beynəlxalq təşkilatın parlamentində ermənilərin işğalçılıq siyasətini pisləyən qətnamələrin qəbul edilməsinə nail olaq. Ancaq bir məqamı da qeyd etmək lazımdır. Əgər kimlərsə düşünürsə ki, AŞPA və ya hansısa beynəlxalq təşkilatda
sehrli bir qərar qəbul olunmaqla ermənilər bundan çəkinərək Azərbaycan torpaqlarını boşaldacaqlar, bu sadəlövhlük olar. Onlar çox sırtıq millətdirlər və onların rəhbərləri cinayətkardır. Əgər ermənilər Dağlıq Qarabağdan çıxsalar hazırkı Ermənistan prezidenti Serk Sərkisyan, Seyran Ohanyan və digərləri erməni xalqının qarşısında cavab verməli olacaqlar. Ona görə ki, Serj Sərkisyan və onun yaxıın ətrafı təkcə Azərbaycanı və Azərbaycan xalqını deyil, eləcə də erməniləri bu bəlaya salıb. Çünki Ermənistanın əvvəlki və indki rəhbərliyi erməniləri aldadıblar ki, işğal etdikləri Azərbaycan əraziləri onların əlində qalacaq. Ancaq zamanı gəlib torpaqlar geri qaytarılanda ermənilər Srrl Sərkisyan və digərlərindən haqq-hesab soracaqlar. Çünki sadə ertməni xalqı 20 ildir aldadılır". Rasim Musabəyiov bildirib ki, bu səbəbdən həmin cinayətkarlardan sakit şəkildə torpaqlarımızdan geri çəkilməyi gözləmək doğru olmaz: " Ona görə də biz hər bir təzyiq vasitəsindən istifadə edirik. İqtisadiyyat, nəqliyyat, diplomatik, hərbi təzyiqlər, informasiya mübarizəsindən maksimum dərəcədə istifadə edirik ki, erməniləri bütün parametrlər üzrə tamamilə sarsıldaq". Millət vəklinin sözlərinə görə, Azərbaycanın öz hərbi büdcəsi və hərbi xərclərini getdikcə artırması erməniləri məcbur edir ki, əllərində olan qəpik-quruşu da hərbi sahəyə yönəltsinlər: "Ümumiyyətlə, bizim atdığımız hər bir addım nəticə etibarilə ermənilərin ağıllanmasına hesablanıb. Əgər ermənilər ağıllanmayacaqlarsa Azərbaycan öz hərbi gücü ilə işğal altında olan torpaqlarını azad etmək məcburiyyətində qalacaq. Cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq". Millət vəkili Türkiyə ilə Rusiya arasında cərəyan edən gərgin münasibətlər, Azərbaycanın bu proseslərin fonunda ortaya qoyduğu mövqe və Qars müqaviləsinin ləğvi təşəbbüsü barədə fikirlərini bildirib: "Heç şübhəsiz ki, Türkiyə-Rusiya münasibətləri bizə də təsir edir. Ona görə də Azərbaycan, həmçinin Qazaxıstan tərəfindən bu böhranın dərinləşməməsi üçün təşəbbüslər olmalıdır. Hər halda Azəbaycan buna çalışır. Çünki Türkiyə bizim qardaşımız, Rusiya isə müttəfiqimizdir. Ona görə də biz hər iki ölkə arasında yaranan gərginliyin tezliklə həll olunmasını istəyirik". Millət vəkili onu da deyib ki, Azərbaycanı Türkiyə və Rusiya arasında seçim etmək dlemması qarşısında qoymaq da düzgün deyil. Qars müqaviləsinin ləğvi ilə bağlı irəli sürülən təşəbbüslərə də toxunan Rasim Musabəyov deyib ki, sözügedən müqaviləni heç kim ləğv edə bilməz: "Çünki Qars müqaviləsini Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan bağlayıb. Ermənistan Qars müqaviləsinin ləğvi ilə bağlı hansısa qərar qəbul etsə belə, bu ölkənin Türkiyə ilə qarşı-qarşıya dura bilməyə heç bir gücü yoxdur. Hazırda Rusiya Dövlət Dumasında Moskva müqaviləsinin ləğvi ilə bağlı sərsəmləmələr olur. Hansı ki, həmin müqaviləni Mustafa Kamal Atatürklə Lenin imzalamışdı. Düşünürəm ki, Rusiyanın məsuliyyətlə davranan rəhbərliyi var
və onlar anlayarlar ki, həmin müqavilə ləğv edilsə onun ikitərəfli münasibətlərə çox böyük fəsadları ola bilər. Ancaq bu reallıqda heç nəyi dəyişməyəcək. Vaxtı ilə Rusiya Dövlət Duması Belaveş sazişini ləğv etmişdi. Məgər onun nəticəsində kimsə SSRİ-ni bərpa etdi? Əlbəttə ki, yox. Yəni 100 il bundan əvvəl bağlanmış müqavilədən keçən müddət ərzində həmin müqavilə əsasında sərhədlər, ərazilərlə bağlı 100-ə yaxın qərarlar qəbul edilib. İndi həmin sazişi ləğv etməklə nə dəyişəcək? Əlbəttə ki, heç nə. Bütün bunlar cəfəng şeylərdir".
Kamal