“Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ həqiqətləri” adlı konfrans keçiriləcək
15 Fevral 2016 12:03 SiyasətGələn ay Türkiyədə "Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ həqiqətləri" adlı konfrans keçiriləcək. Qafqaz Araşdırmalar Mərkəzindən (QAM) "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Kayseri şəhərindəki Erciyez Universitetində baş tutacaq konfransda Azərbaycandan da millət vəkilləri və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Martın 1-də keçirilməsi nəzərdə tutulan konfransın əsas məruzəçilərindən biri isə millət vəkili Qənirə Paşayevadır. QAM-dan bildirilib ki, Türkiyəni Böyük Millət Məclisinin üzvləri, Kayseri valiliyi, siyasi partiya nümayəndələrinin qatılacağı konfrans Erciyez Universiteti və Kayseri Valiliyinin təşkilatçılığı ilə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00