Həbs olunan daha bir müxalifətçi azadlığa çıxdı
15 Fevral 2016 07:04 SiyasətYanvarın 15-də inzibati qaydada azadlıqdan məhrum edilmiş AXCP Şirvan şəhər şöbəsinin üzvü Şahin Əlizadə cəza müddəti bitdiyi üçün azadlığa buraxılıb.
Virtualaz.org xatırladır ki, Şirvan Şəhər Məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə təqsirləndirilən Şahin Əlizadəyə 30 sutka həbs cəzası vermişdi.
Onu da qeyd edək ki, bir gün əvvəl AXCP və Müsavat Partiyası Lənkəran rayon təşkilatlarının sədrləri Nazim Həsənli və İmamverdi Əliyev də azadlığa çıxıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00