Münhen Təhlükəsizlik Konfransı başa çatdı
15 Fevral 2016 07:00 SiyasətBu gün Münhen Təhlükəsizlik Konfransı yekunlaşıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, konfransda yekun nitqi Volfqanq İşinger söyləyib: "Biz ümid edirik ki, konfransda səslənən fikirlər dünyada vəziyyətin normallaşmasına öz töhfəsini verəcək".
Qeyd edək ki, Münhen konfransı 1963-cü ildən NATO ölkələri müdafiə şurasının iclası kimi keçirilməyə başlayıb. Hazırda bu konfrans dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi beynəlxalq diskussiya forumuna çevrilib.
Virtualaz.org xatırladır ki, bu il keçirilən konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00