Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
12 Fevral 2016 18:36 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Münhendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb. Məlumata görə, görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib. Söhbət zamanı Azərbaycan və Almaniya iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00