Lukaşeviç: "Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasından narahatıq"
12 Fevral 2016 16:34 Siyasət"Keçirilən görüşlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olmamasından narahatıq". APA-nın xəbərinə görə, bunu Rusiyanı ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. "Rusiya Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə səyləri artırmağa çağırır", - deyə A. Lukaşeviç qeyd edib.
Qeyd edək ki, məlumat Rusiyanın ATƏT yanındakı daimi nümayəndəliyinin "Tvitter" səhifəsində yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00