Qazaxıstan baş nazirinin I müavini Azərbaycana səfər edəcək
12 Fevral 2016 12:03 SiyasətGələn həftə Qazaxıstan baş nazirinin birinci müavini Bakıtjan Saqintayev Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. Səfir bildirib ki, onun Azərbaycanın baş naziri və baş nazirin müavini ilə görüşləri nəzərdə tutulub. Görüşlər zamanı əsasən Qazaxıstanla Azərbaycanın tranzit yük daşıma potensialı müzakirə olunacaq. Səfər çərçivəsində qonaq həmçinin dəniz limanlarını, eləcə də köhnə Bakı limanını, yeni tikilən Ələt limanını ziyarət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00