Düşmənin təxribat cəhdinin qarşısı alınıb

Nəticədə ermənilər 5-7 nəfər itgi verib

Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib. Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00