Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Antoni Motae Marupinq ilə görüş keçirilib
11 Fevral 2016 12:47 SiyasətAzərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir Elman Abdullayev 10 fevral 2016-ci il tarixində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Antoni Motae Marupinq ilə görüşmüşdür. Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri barədə məlumat verən səfir E.Abdullayev ölkəmizin regionun liderinə çevrildiyini onun diqqətinə çatdırmışdır. Səfir E.Abdullayev ölkəmizin bir çox sahələrdə böyük uğurlara imza atdığını vurğulamışdır.
İqtisadi məsələləri üzrə komissar Marupinq Azərbaycanın qazandığı uğurları dəyərləndirdiyini bildirərək, Afrika İttifaqının ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulamışdır. Cənab Marupinq Afrika İttifaqının fəaliyyət planı hesab edilən "Agenda 2063" haqqında ətraflı məlumat vermiş və həmin fəaliyyət planının həyata keçirilməsi zamanı Azərbaycanın zəngin təcrübəsinin nəzərə alınması vacibliyini qeyd etmişdir. "OLAYLAR"İA