Azərbaycan Nulandın AŞPA-da Qarabağ qətnaməsinin keçməməsində rolunu araşdırır

"Xanım Viktoriya Nulandın AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin keçməməsi məsələsində rolunun olması araşdırılır". APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın Vaşinqtondakı səfirliyinə məsələni araşdırmaq tapşırılıb: "Səfirlik araşdırır. Nəticə məlum olduqdan sonra açıqlama veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00