İsveç XİN rəhbəri: “Azərbaycanın qaçqınlarla iş təcrübəsini öyrənmək istəyirik”
10 Fevral 2016 12:54 Siyasət"İsveç Azərbaycanın qaçqınlarla iş sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır". APA-nın məlumatına görə, bunu İsveçin xarici işlər naziri Marqot Vallström Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşdə deyib. O, suriyalı qaçqınlarla bağlı məsələyə də toxunub: "Suriyada davam edən müharibə İsveçi miqrant axını ilə üz-üzə qoyub. Bu, təcrübə mübadiləsi apara biləcəyimiz sahələrdən biridir. Azərbaycan böyük sayda qaçqın probleminin öhdəsindən gəlmiş ölkədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00