Müsavatda daha bir cəzalı QOVULMA
10 Fevral 2016 10:24 SiyasətMüsavatın Binəqədi rayon təşkilatının sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiya sıralarından xaric edilib.Bu barədə Report-a Ş.Beydullayevin özü məlumat verib. O deyib ki, partiyadan xaric olunması ilə bağlı qərarı Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası çıxarıb.Ş.Beydullayev partiyadan çıxarılmasını Müsavatın hazırki başqanı Arif Hacılını tənqid etməsi ilə əlaqələndirib: "Sosial şəbəkələrdə Arif Haclının yürütdüyü siyasəti tənqid edirdim. Ona görə də məni partiyadan xaric etdilər".Qeyd edək ki, Ş.Beydullayev başqanlığa sabiq namizəd Tural Abbaslının təsis etdiyi "Ağ blok"da təmsil olunur. Məlumata görə, yay aylarına qədər qurultay keçiriləcək və blok partiyaya çevriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00