Azərbaycan prezidenti Gəncədə yol tikintisinə 12 milyon manat ayırıb
9 Fevral 2016 18:11 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00