DAK İdarə Heyəti toplandı

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyyətinin növbəti toplantısı keçirilib. Konqresdən "OLAYLAR"-a bildirilib ki, toplantıya Rusiya, Ukraniya, Türkiyə və Avropadan olan İdarə heyyətinin üzvləri paltak və skype vasitəsi ilə qatılıblar. İclasda 2016-cı il üçün həyata keçiriləcək tədbirlər planı ilə bağlı müzakirələr aparılıb və işçi qrupu yaradılıb. Növbəti İdarə heyyəti toplantısında tədbirlər planı təsdiq ediləcək. Müzakirələrdə DAK-ın faəliyyətinin yaxşılaşdırılması və diaspor təşkilatları ilə əlaqələrin möhkəmələndirilməsi ilə bağlı qərarlar verilib. Gündəlik məsələlər ətrafında DAK həmsədirləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya İran, Amerika münasibətləri və son durumla bağlı çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00