İsveçin xarici işlər naziri bu gün Azərbaycana işgüzar səfərə gəlir

İsveç Krallığının xarici işlər naziri, xanım Marqot Vallström 9-10 fevral tarixində Azərbaycana işgüzar səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Marqot Vallströmün fevralın 10-da xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00