Hicran Valehov-soldan birinci

İlham Əliyevin digər bir sərəncamı ilə QSC sədrinin digər müavini Etibar Niftəliyev də vəzifəsindən azad olunub, onun yerinə Zaman Novruzov təyin olunub. O , da əvvəl sədrin müşaviri vəzifəsində çalışıb. 

QSC-də Yolun HərəkətininTəhlükəsizliyi üzrə baş inspektor təyin olunan Qurban Nəzirov 1997-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun "Sərnişindaşıma İstehsalat Birliyinin" baş mühəndisi-birlik rəisinin 1-ci müavini vəzifəsində, 1997-2004-cü illərdə "Sərnişindaşıma İstehsalat Birliyinin" rəisi vəzifəsində, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi vəzifəsində çalışıb.

O, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2010-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Fəxri Dəmiryolçudur. Azərbaycan Respublikasının əməkdar mühəndisidir. Ailəlidir, 3 övladı var.


Qurban Nəzirov-Vəzifədən azad olunan sədr müavini


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri isə Cavid Qurbanovdur. Sədrin 1-ci müavini Əlirza Süleymanov, digər müavini isə İqbal Hüseynovdur.