ADP həmsədrləri qərəzçilikdə qınadı
8 Fevral 2016 14:59 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinə münasibət bildirilib və bu qurumun artıq problemin çözülməsi ilə bağlı üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirə bilmədiyi, həmsədrlərin keçirdiyi görüşlərin yalnız protokol xarakteri daşıdığı diqqətə çəkilib. Qeyd edilib ki, məhz həmsədrlərin tutduğu qərəzli mövqenin nəticəsi olaraq Dağlıq Qarabağ ərazisi işğala məruz qalmaqdan ilhaq mərhələsinə daxil olub və problemin dinc siyasi həlli yolları getdikcə dalana dirənib. Partiya yetkililəri hakmiyyəti ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi üçün ciddi səylər göstərməyə, beynəlxalq diplomatik üsullardan yararlanaraq problemin daha optimal yollarını aramağa çağırıb.