Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası Gəncədə keçirilə bilər
8 Fevral 2016 12:07 SiyasətAzərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası Gəncədə keçirilə bilər. APA-nın əldə etdiyi məlumata görə, görüşün yeri hələlik tam dəqiqləşməsə də, Gəncə variantı üzərində dayanıldığı bildirilir. Xatırladaq ki, görüşün bu il fevralın 18-də keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və yüksək səviyyəli digər dövlət və hökumət rəsmiləri Azərbaycana səfər edəcək. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının son iclası ötən il yanvarın 15-də keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00