Sahib Alıyev: “ATƏT atəşkəsin qarşısını almağa yox, rejimin özünün aradan qaldırılmasına çalışmalıdır”

"Həm Minsk qrupu turistləri, həm də hazırda ATƏT-in fəaliyyətdə olan sədri atəşkəs rejiminin pozulmasının qarşısını almağa yox, rejimin özünün aradan qaldırlmasına çalışmalıdırlar". Bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer "The Huffington Post" qəzetində dərc etdirdiyi "ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?" başlıqlı məqaləsində Dağlıq Qarabağ probleminə geniş yer ayırması alqışlanmalıdır. Ancaq onun "atəşkəs rejiminin pozulmasını təsbit edən mexanizmin yaradılması"nı problemin həlli yönündə ən mühüm addım kimi dəyərləndirməsi, vasitəçidən çox erməni havadarları təsiri bağışlayan Minsk qrupu turistlərinin son zamanlar oxuduqları bayatının təkrarıdır. Millət vəkili deyib ki, təssüf doğurur ki, son zamanlaradək Dağlıq Qarabağ məsələsinə yanaşmada nisbətən obyektiv mövqe tutan Almaniya da artıq "xristian klubu"nun digər üzvləri kimi davranır: "Həm Minsk qrupu turistləri, həm də hazırda ATƏT-in fəaliyyətdə olan sədri atəşkəs rejiminin pozulmasının qarşısını almağa yox, rejimin özünün aradan qaldırlmasına çalışmalıdırlar. Onun yolu isə budur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək işğala son qoymalıdır. İşğal olmayandan sonra nə atəşkəs rejimi olasıdır, nə də onun pozulmamamsı üçün kimlərinsə baş sındırmasına ehtiyac qalasıdır. İşğal faktını görməzlikdən gələrək atəşkəs rejiminin pozulmamasından dəm vurulması bilirsiniz nəyə bənzəyir? Göydəki buluda əhəmiyyət verməyib də yağışa son qoymaq haqda edilən boşboğazlığa".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00