“Gürcü Arzusu” fraksiyasının rəhbəri: “Azərbaycan və Gürcüstan Xəzər regionunda açar rolu oynayır”
4 Fevral 2016 15:39 Siyasət"Bizim qaz təchizatı sahəsində Azərbaycanla strateji tərəfdaşlığımıza və münasibətlərimizə heç nə təsir edə bilməz". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri parlamentdəki "Gürcü Arzusu" fraksiyasının sədri Giya Volski deyib. O bildirib ki, Avropa Xəzər hövzəsindən enerji ehtiyatlarının nəqlində maraqlıdır: "Gürcüstanın qaz bazarında kiçik həcmdə çatışmayan qazı başqa mənbələrdən təmin etməyimiz Azərbaycanla strateji və siyasi münasibətlərimizə zərər vurmaz. Xəzər regionu və hövzəsində Azərbaycan və Gürcüstan açar və həlledici rol oynayır. Buna görə də biz nəinki münasibətlərimizi möhkəmləndirmək istəyirik, siyasi taleyimiz də bizi bu istiqamətə aparır və heç cür aramızda ayrılıq ola bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00