Nalbandyan həmsədrlərə sözçülük edir

"Minsk qrupu həmsədrləri rolunda çıxış edənlər deyəsən yenindən regiona gəlmək niyyətindədirlər. Bu haqda xəbəri məhz Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın verməsində də mən təəccüblü bir şey görmədim. O qədər bir-birilərilə qaynayıb qarışıblar ki, artıq Nalbandyan onlara sözçülük edir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən milllət vəkili Sahib Alıyev çıxış edib. Avropa Siyasəti Mərkəzinin (European Policy Center) Dağlıq Qarabağ münaqişəsiylə bağlı hazırladığı geniş hesabat barədə də fikirlərini bölüşən Sahib Alıyev deyib ki, "Dağlıq Qarabağ və Avropa Sərhədlərində Böhranlar Mənbəyi" adlanan hesabtada Minsk qrupu həmsədrləri kimi tanınanların fəaliyyətsiziliyi və Avropa Birliyinin buna seyrçi qalması haqlı olaraq tənqid edilib: "Və haqlı olaraq vurğulanır ki, Ermənistan Minsk qrupunu "hazırkı status kvonun uzanması" formatı kimi qavrayır. Ancaq məsələ burasındadır ki, bu qavrayış reallığa söykənir, erməni fantaziyası deyil. Ümid edirik ki, ən azından Avropa Birliyinin aparıcı dövləti sayılan Almaniya bu hesabatdan nəticə çıxaracaq. Hazırda ATƏT-ə sədrlik onun üzərində olduğundan Minsk qrupu turistlərinin münaqişənin həllinin uzadılmasına xidmət edən hərəkətsizlikləri və inhisarçı davranışlarına son qoymaq üçün qətiyyətli mövqe sərgiləyəcək. Elə bir mövqe ki, sözügedən hesabatda da vurğulandığı kimi regionda hər an başlana biləcək savaşı önləsin, Avropa Birliyinin özünün marağında olan Cənub Qaz Dəhlizini təhlükə altında qoymasın və Qərb yeni bir miqrant axınıyla üzləşməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00