Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi toplandı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında "Azadlıq" Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinə daxil olan siyasi təşkilatların rəhbərləri arasında görüş keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, görüşdə Mərkəzin təsisçiləri olan VİP sədri Əli Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev və ALDP-in sədri Fuad Əliyev iştirak ediblər. Toplantıda ölkədə yaranmış vəziyyət geniş müzakirə olunub və Mərkəzin üzvü olan partiyaların problemlərin həllinə yönəlik mövqeləri açıqlanıb. Partiya sədrləri daha sonra Mərkəzdə qəbul olunmuş qərarların icra vəziyətini dəyərləndirərək, bununla bağlı öz təkliflərini səsləndiriblər. Görüşdə bir sıra cari məsələlər də müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00