Azərbaycan İsveçrə əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderi qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Bildirilibr ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynayır. Şahin Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Komissiyanın bu ilin martında keçiriləcək 7-ci iclasında İsveçrə şirkətlərinin iştirakının, iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Hazırda Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir. İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. Səfir İsveçrənin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə, bir sıra İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00