Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunub

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni səfiri təyin olunub. APA-nın Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Birləşmiş Krallığın yeni səfiri, xanım Karol Krofts olacaq. O bu vəzifədə İrfan Siddiq əvəz edəcək. K. Kroftsun 2016-cı ilin mayında səlahiyyətlərinin icrasına başlayacağı deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00