Müxalifətin yeni koalisiyası yarandı
3 Fevral 2016 16:01 SiyasətBir qrup aparıcı müxalifət partiya sədrləri və ictimayyət nümayəndlərinin iştirakı ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) mərkəzi qərargahında toplantı keçirilib. VİP-dən "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkədə yaranmış vəziyyət ətraflı müzakirə olunub və "Anti-böhran koalisiyası"nın yaranması barədə razılaşma əldə edilib. Koalisiyaya Böyük Azərbaycan (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, Gələcək Azərbaycan, Milli Konqres (MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf partiyaları (VİP), bir sıra hərəkat və təşkilatlar daxildir. Azərbaycan Demokrat Partiyası (ADP) isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00