"Azərbaycan və Ermənistan arasında əməkdaşlığın əsasını qoymaq vacibdir"
3 Fevral 2016 15:41 SiyasətAzərbaycan və Ermənistan arasında gələcək əməkdaşlığın əsasını qoymaq vacibdir. Milli.Az bildirir ki, bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik AŞ PA-nın qəbul etdiyi "Azərbaycanın sərhədyanı ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnaməni şərh edərkən deyib. Onun sözlərinə görə, gələcək əməkdaşlığın aspektlərindən biri su resursları ola bilər: "Biz ümid edirik ki, təcrübəli texniki ekspertlər bütün regionun marağına uyğun olan bu və ya digər məsələləri müzakirə edə biləcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00