Asim Mollazadə: “Qarabağda böyük həcmdə qanunsuz silahlar yerləşdirilib” AÇIQLAMA

"Ermənistanda olan terrorçuların əraziləri işğal etmək üçün snayper və atıcı silahları pulsuz və haradan əldə etməsi hamıya məlumdur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, rəsmi İrəvan diqqəti yayındırmaq üçün erməni lobbi qrupları tərəfindən yanlış məlumatlar yayırlar: "Ermənistanı kimin silahlandırması və Azərbaycan ərazilərini kimin işğal etməsi hər kəsə məlumdur".

Heç kimə sirr deyil ki, Ermənistanda əhalinin gizlədilməsi üçün də ayrıca istehkamlar quraşdırılıb: "Əslində bu, əhalini qorumaq üçün deyil, əksinə külli miqdarda qeyri-qanuni verilmiş silahların gizlədilməsi üçündür. Çünki hazırda bütün beynəlxalq sazişlər Ermənistan tərəfindən pozulub və böyük həcmdə olan qanunsuz silahlar Dağlıq Qarabağda yerləşdirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00