Həmsədr ölkələr Minsk Qrupunda vasitəçiliyi davam etdirmək istəyirlərsə...

BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsinə çalışmalıdırlar

"Biz Minsk Qrupunun həmsədrlərinin fəaliyyətindən narazıyıq. Çünki neçə illər ərzində həmsədrlər öz fəaliyyətləri ilə münaqişənin həllində cüzi də olsa irəliləyişə nail olmayıblar. Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Biz ona görə həmsədrlərdən bu istiqamətdə fəaliyyətlərini gücləndirməyi tələb edirik". Bunu deyən xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycanın torpaqları zəbt olunub, işğal altındadır: " Bir milyon qaçqınımız var. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü həmsədrdir, lakin onlar fəaliyyətlərində heç bir irəliləyişə nail olmayıblar. Əlbəttə ki, Azərbaycan öz narazılığını bildirib. Bildiyiniz kimi, bu həmsədrlər AŞPA-da müzakirə olumam qətnamələrin əleyhinə bəyanatla çıxış ediblər. Mən öz tərəfimdən həmkarlarıma, hər üç ölkənin xarici işlər nazirlərinə məktub ünvanlanmışam. Biz bu mövqenin qəti əleyhinəyik. Birincisi, bu Azərbaycanın suveren hüququdur. Biz beynəlxalq təşkilatlarda istənilən məsələni qaldıra bilərik. Digər ölkələr buna qarşı çıxış edə bilməz. İkincisi, onlar Avropa Şurası Parlament Assambleyasının deputatlarına təzyiq edə bilməzlər. Bu məntiqsiz və qanunsuzdur. Minsk Qrupundan imtina məsələsinə gəldikdə, həmsədr ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar Minsk Qrupunda vasitəçiliyi davam etdirmək istəyirlərsə, həmin qətnamələrin yerinə yetirilməsinə çalışmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Həmsədrlər ilə görüşə gəldikdə, bizə hələ ki bu barədə hər hansı təklif verilməyib. Onların Strasburqda AŞPA deputatlarına etdiyi təzyiqə görə bu yaxınlarda görüşün baş tutacağına inanmıram. Bununla bağlı həmsədrlərin səsləndirəcəyi bəyanatı gözləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00