Aİ Azərbaycanda QHT-lərin institusional inkişafı üzrə əməkdaşlıqda maraqlıdır

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri xanım Malena Mardla görüş keçirilib. Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Avropa İttifaqı ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan səfir Aİ-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətindən bəhs edib. M.Mard Aİ-nin müxtəlif institutlarının ölkəmizdəki müvafiq qurumlarla əməkdaşlığının genişləndirilməsinə çalışdıqlarını deyib.

Səfir, eyni zamanda Şuranın dəstəyi ilə 2016-cı ildə təhsil sahəsində fəaliyyət göstərən QHT-lərlə daha yaxından işləməyi və onların layihələrinin maliyələşdirilməsini nəzərdə tutduqlarını qeyd edib. M.Mard regionlardakı QHT-lərin institusional inkişafı sahəsində də Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

A.Quliyev vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Şuranın 2016-cı ildə regionlarda həyata keçirdiyi təlim və seminarlar haqqında səfirə ətraflı məlumat verib. O, Aİ ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00