Keçmiş baş nazir: "Kadırov məni öldürtdürmək istəyir"

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov Ramzan Kadırovun onun haqqında hazırladığı videoya münasibət bildirib. Ölkə.az-a istinadən bildirir ki, Mixail Kasyanov bunu özünə qarşı sui-qəsdə hazırlıq kimi dəyərləndirir. Kasyanov rəhbəri olduğu PARNAS hərəkatının daha bir liderinin də zəhərlənməsinə diqqət çəkərək bildirib ki, bu da Kadırovun işidir. Bundan başqa, Kasyanov bildirir ki, Moskvada qətlə yetirilmiş müxalif lider Boris Nemçovun ölümündə də bütün izlərin Qroznuya aparır. Xatırladırıq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədəki profilində Mixail Kasyanovun şəklini snayperin hədəfinə alaraq paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00