AMİP rəhbərliyi Türkiyəyə gedir
1 Fevral 2016 16:17 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi Türkiyəyə səfər edir. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, səfərdə məqsəd 3-4 fevral tarixlərində İstanbulda keçiriləcək və AMİP-n də təşkilatçısı olduğu "Şərq Tərəfdaşığında gələcək islahatlar" mövzusunda beynəlxalq dəyirmi masada iştirak etməkdir. Tədbirdə Azərbaycan Milli İstiqlal Partiyası ilə yanaşı, Gürcüstanın Millik Birlik Hərəkatı, İsveçin Moderat partiyası, Moderat partiyasının Jarl Jarlmarson fondu, Avropa Sabitlik Təşəbbüsü təşkilatının təmsilçiləri, eyni zamanda bir sıra avropalı siyasətçilər, Avropa Parlamentinin üzvləri, Beynəlxalq böhran qrupunun nümayəndələri, ekspertlər, beynəlxalq media qruplarının nümayəndələri iştirak edəcəklər. Dəyirmi Masada "Avropa İttifaqının Cənubi Qafqazda önəmi", "Qaçqın böhranı, miqrasiya və sərhəd nəzarəti problemləri", "Viza liberallaşdırılması və islahatlar", "Türkiyənin reqion üçün önəmi" mövzularında panellər keçiriləcək.