Milli Məclis bir sıra sənədlərə dəyişiklik edib

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunvericilik sənədlərinə dəyişiklik olunub. Məlumata görə, Miqrasiya, Cinayət-Prosessual, İnzibati Xətalar, Tikinti və şəhərsalma məcəllələri, "Polis haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilib. Dəyişiklər əsasən texniki xarakterlidir. Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00