Deputat Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpasını təklif etdi
1 Fevral 2016 14:04 SiyasətMilli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb. Məlumata görə, bu təkliflə deputat Zahid Oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur. Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib: "Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00